Gürcüstanın müxalifət partiyasının lideri azərbaycanlıların yaşadığı kəndin problemləri ilə tanış olub

Gürcüstanın müxalifət partiyasının lideri azərbaycanlıların yaşadığı kəndin problemləri ilə tanış olub
13:27 6 Aprel 2019
44 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın müxalif Avropalı Gürcüstan Partiyasının lideri, deputat David Bakradze azərbaycanlıların yaşadığı Marneuli rayonunun Alget kəndində yerli sakinlərlə görüşüb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə partiyanın Mətbuat xidməti məlumat yayıb.
D.Bakrazdze Avropalı Gürcüstan Partiyasının Marneuli rayonunun icra başçısı vəzifəsinə namizədi Əhməd İmmaquliyevlə birgə kəndin problemləri ilə maraqlanıb.
Sakinlər Alget kəndində infrastruktur problemlərin mövcud olduğunu qeyd edərək bir ildən çoxdur kəndin yalnız bir hissəsinin içməli su ilə təmin olunduğunu diqqətə çatdırıblar.
Partiya lideri bildirib ki, Alget kəndinin problemlərinin həlli ilə bağlı Gürcüstanın regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi naziri Levan Davitaşviliyə müraciət olunub.
D.Bakradze kənd sakinlərini mayın 19-da keçiriləcək Marneuli rayon icra başçısı seçkilərində fəal olmağa çağırıb. O, hakim Gürcü Arzusu Partiyasını insanları narahat edən problemlərin həlli istiqamətində heç bir tədbir görməməkdə ittiham edib.  


Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustanin-muxalifet-partiyasinin-lideri-azerbaycanlilarin-yasadigi-k

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR