Salah “Liverpul”un yeni rekordçusu oldu

Salah “Liverpul”un yeni rekordçusu oldu
13:32 6 Aprel 2019
103 İdman
Ölkə mətbuatı
A- A+

"Liverpul" İngiltərə Premyer Liqasının 33-cü turunda səfərdə "Sauthempton"u 3:1 hesabıyla məğlub edib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, sözügedən qarşılaşmada "Liverpul"un hücumçusu Məhəmməd Salah yeni rekorda imza atıb. Komandasının 2-ci qolunu vuran misirli futbolçu Premyer Liqada 50-ci qoluna imza atıb.

Salah "Liverpul" formasıyla Premyer Liqada 50 qol vurmağı ən tez bacaran futbolçu ünvanını qazanıb. O, buna 69-cu oyununda nail olub. Salahdan əvvəl Premyer Liqada 50 qol səddinə ən tez çatan "Liverpul"lu Fernando Torres idi. İspan hücumçu 72-ci Premyer Liqa matçında 50-ci qoluna imza atmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/744769.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR