Pakistandan jest: 360 Hindistan vətəndaşını azadlığa buraxacaq

Pakistandan jest: 360 Hindistan vətəndaşını azadlığa buraxacaq
13:37 6 Aprel 2019
33 Dünya
Ölkə mətbuatı
A- A+

"Rəsmi İslamabad Pakistanın ərazi sularında balıq ovlamaqda ittiham edilərək həbs edilən 360-a yaxın Hindistan vətəndaşını aprel ayında azadlığa buraxacaq".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Pakistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məhəmməd Feysal deyib.

O qeyd edib: "Biz bu addımı xoş niyyətlə atırıq və ümid edirik ki, Hindistan buna cavab verəcək. Pakistan 360 hindistanlını (onlardan 355-i balıqçıdır), həmçinin digər 5 əcnəbi vətəndaşı azad edəcək".

M.Feysal hindistanlıların aprelin 8-dən 29-dək mərhələli şəkildə azadlığa buraxılacağını bildirib.

Bu, iki qonşu ölkə arasında fevralda münasibətlərin gərginləşməsindən sonra ilk belə jestdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/744774.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR