Lənkəran sakini həmkəndlisini kəmərlə öldürdü

Lənkəran sakini həmkəndlisini kəmərlə öldürdü
13:42 6 Aprel 2019
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəranda ötən ay törədilmiş qətlin üstü açılıb. 

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, 2002-ci il təvəllüdlü Şamil Bağırovun meyiti rayonun Digah kəndində tapılıb.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində, cinayəti törədən Digah kənd sakini, 2001-ci il təvəllüdlü Əkbər Quliyev saxlanılıb. 

Araşdırma zamanı məlum olub ki, o, həmkəndlisini şəxsi münaqişə zəminində qətlə yetirib. 

Ə.Quliyev belindəki kəmərlə Ş.Bağırovu boğaraq öldürüb və meyiti kənddə yarımçıq tikilidə gizlədib. 

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda cinayət işi açılıb, hazırda araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/744779.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR