Azərbaycanda ər arvadını bıçaqladı - Həkimlərin səyi nəticə vermədi

Azərbaycanda ər arvadını bıçaqladı - Həkimlərin səyi nəticə vermədi
13:54 6 Aprel 2019
55 Digər
Ölkə mətbuatı
A- A+

Masallıda ərlə arvadın münaqişəsi ölümlə nəticələnib.
 
ONA-nın cənub bürosundan verilən məlumata görə, hadisə Masallı şəhəri N.Nərimanov küçəsində baş verib. Rayon sakini, 1974-cü il təvəllüdlü Nicat Şəbiyev ilə həyat yoldaşı, 1984-cü il təvəllüdlü Günay Şəbiyeva arasında ailə-məişət zəminində münaqişə yaranıb.
 
Nəticədə ər həyat yoldaşının qarnına bıçaqla xəsarət yetirib. Yaralını dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına aparsalar da onun həyatını xilas etmək mümkün olmayıb. Nicat Şəbiyev polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
 
Qeyd edək ki, Nicat Şəbiyev əvvəllər məhkumluq həyatı yaşayıb.
Hazırda faktla bağlı araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310493

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR