Kartofa gömrük rüsumu tətbiq edildi - Bir kiloqrama bir dollar

Kartofa gömrük rüsumu tətbiq edildi - Bir kiloqrama bir dollar
14:12 6 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Baş nazir Novruz Məmmədov "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişikliklər edilməsi barədə qərar imzalayıb.

Milli.Az bildirir ki, "Qafqazifo"nun verdiyi xəbərə görə, aprelin 30-dək ölkədən ixrac olunması üçün kartofun 1 kiloqramına 1 ABŞ dolları gömrük rüsumu tətbiq ediləcək. Soğan və kələmin ixracına görə isə mayın 31-dək 1 kiloqram üçün 2 ABŞ dolları gömrük rüsumu tutulacaq.

Qeyd edək ki, bu qərar son günlər ölkə daxilində bu 3 məhsulun qiymət artımını nizamlamaq üçün verilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/744831.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR