Nazirlər Kabineti Aparatının əməkdaşları ağac əkiblər

Nazirlər Kabineti Aparatının əməkdaşları ağac əkiblər
14:17 6 Aprel 2019
47 Digər
Ölkə mətbuatı
A- A+

Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafında ağacəkmə aksiyası keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) "Report"a verilən məlumata görə, aksiyada Nazirlər Kabineti Aparatının əməkdaşları və ETSN-in kollektivi iştirak ediblər.
“Bu yaz özün bir təbiət yarat!” devizi ilə başladılan yaz ağacəkmə kampaniyası çərçivəsində təşkil olunan aksiya zamanı 2 hektar ərazidə 1500 badam ağacı əkilib.
Qeyd edək ki, ağac tingləri ETSN-nin "Azəryaşlandşaft" ASC və Meşələrin inkişafı departamentinin tinglik sahələrində yetişdirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi ağacəkmə aksiyalarına qoşulmağa çağırır.


Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/nazirler-kabineti-aparatinin-emekdaslari-agac-ekibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR