Masallıda ər arvadını öldürdü

Masallıda ər arvadını öldürdü
14:37 6 Aprel 2019
140 Ölkə
Ölkə mətbuatı
A- A+

Masallı rayonunda qətl hadisəsi baş verib.

Milli.Az Oxu.az-a istinadən bildirir ki, rayon sakini, 1974-cü il təvəllüdlü Nicat Şəbiyev ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı, 1984-cü il təvəllüdlü Günay Şəbiyevanı bıçaqlayıb. 

Yaralı Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin həkimlər onun həyatını xilas edə bilməyiblər. 

Hadisəni törədən şəxs polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/744836.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR