Liviyaya dair sülh konfransı təxirə salına bilər

Liviyaya dair sülh konfransı təxirə salına bilər
14:37 6 Aprel 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

BMT-nin himayəsində Liviyadakı böhranın aradan qaldırılması məqsədilə ölkənin bütün siyasi qruplarının iştirakı ilə aprelin 14-16-da keçirilməsi planlaşdırılan sülh konfransı təxirə salına bilər. 
“Report” "Anadolu"ya istinadən xəbər verir ki, BMT baş katibinin xüsusi elçisi Həsən Səlami tədbiri başqa vaxta keçirmək üçün danışıqlara başlayıb.
Məqsəd Xəlifə Həftərin başçlıq etdiyi Liviya Milli Ordusu ilə Fayez Sərəcin rəhbərlik etdiyi Milli Uzlaşma Hökumətinə bağlı hərbi birləşmələr arasındakı əməliyyatlara son verməkdir.

Xatırladaq ki, X.Həftər Liviya Milli Ordusuna paytaxt Tripoliyə hücum əmri verib. O həmçinin BMT baş katibi Antonio Qutyerreşin F.Sərəclə Cenevrədə görüşmək təklifini rədd edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/liviyaya-dair-sulh-konfransi-texire-salina-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR