Azərbaycan gömrükçüleri mobil telefonlar, aksesuarları və kosmetik vasitələr aşkar edibler

Azərbaycan gömrükçüleri mobil telefonlar, aksesuarları və kosmetik vasitələr aşkar edibler
15:07 6 Aprel 2019
44 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz 21074" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib. 
Bu barədə “Report”a DGK-dan məlumat verilib.
Yoxlama zamanı nəqliyyat vasitəsinin tavan hissəsində olan boşluqdan 3 ədəd "Samsung Galaxy A30" markalı mobil telefon, cihaz panelində olan boşluqdan isə 1 ədəd "Xiaomi Mi8 lite" markalı mobil telefon, 3 ədəd "Samsung" markalı USB kabel, 2 ədəd "Samsung" markalı "qulaqlıq", 3 ədəd "Samsung" markalı qidalandırıcı başlığı, 1 ədəd "Samsung Galaxy A30" markalı mobil telefon üçün qutu və 2 ədəd 2 ml-lik şprislərdə "Profhilo" adlı inyeksion kosmetik vasitə aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.




Xəbərin orijinal ünvanı: https://report.az/hadise/mobil-telefonlar-aksesuarlari-ve-kosmetik-vasiteler-askar-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR