Məktəbdən ölən şagirdlə bağlı

Aprelin 4-də III mərtəbədən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri almış VIII sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) təəssüflər olsun ki, aprelin 6-da müalicə olunduğu 1 saylı Şəhər Klinik Xəstaxanasında vəfat edib.

162 nömrəli tam orta məktəbdən Metbuat.az-a verilən məlumata görə, məktəbin müəllim və şagird kollektivi şagirdin vəfatı ilə bağlı kədərləndiklərini bildirib, dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, hüquq-mühafizə orqanları tərəfindən məsələ ilə bağlı müvafiq araşdırma aparılır.

Kənan Məmmədov / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR