"Roma"dan Çingiz Ünderlə bağlı şok qərar

"Roma"dan Çingiz Ünderlə bağlı şok qərar
15:37 6 Aprel 2019
88 İdman
Ölkə mətbuatı
A- A+

"Roma" rəhbərliyi Çingiz Ünderlə bağlı gözlənilməz qərar qəbul edib.

Milli.Az Fanat.az-a istinadən xəbər verir ki, İtaliya klubu türk futbolçunun adını satış siyahısına daxil edib. "Roma" Çingizin transfer qiymətini də müəyyənləşdirib. 21 yaşlı hücumçu 40 milyon avroya satılacaq.

Ünderin gənc yaşına rəğmən komandanın aparıcı futbolçularından birinə çevirilməsinə və böyük gələcək vəd etməsinə rəğmən transferə çıxarılmasanın səbəbi UEFA-nın "Maliyyə Fair-Playı" qaydalarıdı. Komanda A Seriyasının 7-ci pilləsində qərarlaşıb və Çempionlar Liqasına qatılmamaq təhlükəsi var. Bu baş versə, paytaxt təmsilçisinin gəlirləri azalacaq və UEFA ilə problemlər yaranacaq. "Roma" onu satmaqla büdcədəki boşluğu doldurmaq istəyir.

Qeyd edək ki, 2017-ci ildə "Başakşəhər"dən 14,25 milyon avroya alınan 21 yaşlı şücumçunun 2022-ci ilədək müqaviləsi var. Bir müddət zədəli olan türk futbolçu cari mövsümdə 27 oyuna çıxaraq 6 qol vurub və 9 məhsuldar ötürmə edib. "Transfermarkt"ın 35 milyon avro qiymət qoyduğu Çingizi "Çelsi", "Arsenal" və "Bavariya"nın istədiyi deyilir. Hətta onun "Real"ın baş məşqçisi Zinəddin Zidanın transfer siyahısına düşdüyü də iddia olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/744744.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR