Şəmkirdə avtomobil, Salyanda ev YANDI

Şəmkirdə avtomobil, Salyanda ev YANDI
15:44 6 Aprel 2019
58 Digər
Ölkə mətbuatı
A- A+

Şəmkir rayonunda "Opel" markalı minik avtomobilinin yanar hissələri yanıb.
 
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.
 
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 
Salyan rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310501

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR