Britaniyanın AB-dən çıxması, Gürcüstanın bu birliyə qoşulmasında vacib rol oynaya bilər.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu "Blomberq"ə müsahibəsində Gürcüstan Prezidenti Salome Zurabişvili deyib. O, Tiflisin bundan maksimal fayda götürməyə çalışdığını bildirib.
Onun sözlərinə görə, Avropa hər zaman ciddi böhranlar hesabına uğurlar əldə edib.
Milli.Az