Gürcüstanda azərbaycanlıların təhsil aldığı məktəbə direktor təyinatı olub

Gürcüstanda azərbaycanlıların təhsil aldığı məktəbə direktor təyinatı olub
15:57 6 Aprel 2019
51 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanda fəaliyyət göstərən Zurab Jvania adına Dövlət İdarəçilik Məktəbinə yeni direktor təyin olunub.
“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini İrina Abuladze yeni direktor Ketevan Cakelini məktəbin kollektivinə təqdim edib.
Direktor vəzifəsinə müsabiqə əsasında seçilən K.Cakeli Z.Jvania adına Dövlət İdarəçilik Məktəbinin strateji məqsədləri, inkişaf planları və prioritetləri barədə məlumat verib.
O qeyd edib ki, məktəbdə milli azlıqlar üçün nəzərdə tutulmuş dövlət dili proqamının qiymətləndirilməsi həyata keçiriləcək: “2014-cü ildən etibarən milli azlıqlardan olan 14 000-ə yaxın gənc proqram üzrə təhsil alıb. Hazırda isə, təxminən, 1 600 etnik azlıq nümayəndəsi təhsilini davam etdirir. Gürcü dilinin tədrisi proqramının daha da inkişaf etdirilməsi nəzərdə tutulub”.
Qeyd edək ki, Z.Jvania adına Dövlət İdarəçilik Məktəbi 2005-ci ildə yaradılıb. Təhsil müəssisəsinin əsas fəaliyyət istiqaməti dövlət strukturlarında çalışanların xüsusi proqramlar vasitəsilə peşəkarlıq səviyyəsinin artırılmasıdır. Məktəb milli azlıq nümayəndələrinin vətəndaş cəmiyyətinə inteqrasiyasına da xüsusi diqqət ayırır. Müəssisənin azərbaycanlıların sıx yaşadıqları Kvemo Kartli bölgəsində də regional tədris mərkəzi fəaliyyət göstərir.
Məktəbin keçmiş direktoru Ketevan Maxaraşvili ötən ilin dekabrında Gücüstan Prezidentinin milli azlıqlar və gender bərabərliyi məsələləri üzrə müşaviri vəzifəsinə təyin olunub. 


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gurcustanda-azerbaycanlilarin-tehsil-aldigi-mektebe-direktor-teyinati

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR