Yol qəzasında 7 nəfər yaralandı - 2-si Rusiya vətəndaşıdır

Yol qəzasında 7 nəfər yaralandı - 2-si Rusiya vətəndaşıdır
16:14 6 Aprel 2019
44 Digər
Ölkə mətbuatı
A- A+

Şamaxıda yol-nəqliyyat hadisəsi baş verib, 2-si Rusiya vətəndaşı olmaqla 7 nəfər xəsarət alıb.
 
ONA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə bu gün günorta saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 119 kilometrliyində Şamaxı rayon ərazisində qeydə alınıb.
 
"Niva" və "Hyundai" markalı iki minik maşını toqquşub. Hadisə nəticəsində 7 nəfər xəsarət alıb. Onlardan 3-nün vəziyyəti yüngül olduğundan evə buraxılıb. Digər 4 nəfər Şamaxı rayon mərkəzi xəstəxanasına aparılıb. Bunlar Şamax rayon sakini 1952-ci il təvəllüd Qədirov Nadir Qədir oğlu, Kürdəmir rayon sakini 1985-ci il təvəllüdlü Məlikov Rəvan Əlibala oğlu, Rusiya vətəndaşları 1967-ci il təvəllüdlü Məlikova Natalya Anatoliyevna və 1987-ci il təvəllüdlü Məlikova Nərmin Sübhanovnadır. 
 
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310506

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR