100 milyona "Real"a gedir

"Çelsi"nin belçikalı yarımmüdafiəçisi Eden Azar "Real Madrid"ə transfer oluna bilər.

Metbuat.az xəbər verir ki, bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb.

Nəşrin xəbərinə görə, klublar arasında keçidə dair razılıq əldə olunub. Bununla bağlı rəsmi açıqlamanın yaxın günlərdə elan ediləcəyi gözlənilir.

Transfer “Kral klubu”na 100 milyon avroya başa gələcək.

Qeyd edək ki, 28 yaşlı Eden Azar 2012-ci ildən “Çelsi”də çıxış edir.

Kənan Məmmədov / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR