FIDE prezidenti Şəmkirdə şahmatçılarla futbol oynayıb

FIDE prezidenti Şəmkirdə şahmatçılarla futbol oynayıb
16:27 6 Aprel 2019
45 Digər
Ölkə mətbuatı
A- A+

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess2019" superturnirinin istirahət günü ənənəvi futbol yarışı keçirilib. 
Yaerışın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu dəfə turnirdə 4 komanda mübarizə aparıb. Qalib adı uğrunda Arkadi Dvorkoviçin kapitanı olduğu FIDE, Faiq Həsənovun rəhbərlik etdiyi Azərbaycan Şahmat Federasiyası, eyni zamanda "Şahmatçılar" və "Təşkilatçılar" komandaları çıxış edib.
Reqlamentə uyğun olaraq komandalar dairəvi sistemlə bir-biriylə qarşılaşıb. Sonda daha çox qələbə qazanan "Təşkilatçılar" futbol yarışının qalibi adını qazanıb. İkinci yeri iki qələbə qazanan Maqnus Karlsenin oynadığı "Şahmatçılar" komandası tutub.
Qeyd edək ki, hər il ənənəvi olaraq istirahət günündə şahmatçılar futbol yarışında iştirak edir.
















Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/fide-prezidenti-semkirde-sahmatcilarla-futbol-oynayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR