Peşə Reabilitasiya Mərkəzinə qəbul edilən gənclərin sayı açıqlandı

Peşə Reabilitasiya Mərkəzinə qəbul edilən gənclərin sayı açıqlandı
16:34 6 Aprel 2019
46 Digər
Ölkə mətbuatı
A- A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində bir sıra peşələr üzrə hazırlıq kurslarını yeni bitirən gənclərin qiymətləndirilməsi üçün imtahan keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Lent.az-a bildirilib ki, gənclərin xalçaçılıq, tikiş, ağac üzərində oyma, rəssamlıq, montajçı-operator, aşbaz köməkçisi və s. peşələr üzrə kurslarda əldə etdikləri bilik və bacarıqlar yoxlanılıb. İmtahanı uğurla keçən 28 gəncə peşə şəhadətnamələri təqdim olunub.

Ayrı-ayrı gənclərin isə peşə hazırlığının  bir ay uzadılması qərara alınıb. Ötən dövrdə Peşə Reabilitasiya Mərkəzinə bütün bölgələr üzrə 1650-dək gənc qəbul edilib.

Müəssisədə olduqları təlim müddətində gənclər burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin edilirlər.

Hazırda burada 100-dən çox gənc peşə təlimindədir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310507

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR