Paşinyanın danışıqların mətnini dəyişməsi erməniləri AYAĞA QALDIRDI - ŞOK SÖZLƏR

Paşinyanın danışıqların mətnini dəyişməsi erməniləri AYAĞA QALDIRDI - ŞOK SÖZLƏR
16:38 6 Aprel 2019
55 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanın baş naziri Nikol Paşinyanın martın 29-da Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi Vyana görüşü ətrafında qalmaqallar səngimir.

Publika.az xəbər verir ki, bu dəfə Paşinyanın Rusiya Prezidenti Vladimir Putin ilə görüş haqqında telefon danışığı barədə rəsmi məlumat qalmaqala səbəb olub.

Belə ki, baş nazirin aparatının yaydığı məlumatda onun görüş barədə Rusiya prezidentinə “məlumat verməsi” yazılıb. Sonradan isə bu sözlər dəyişdirilib və “bəhs edib” ilə əvəz olunub.

Ermənistanın ekspert dairələri bu detal üzərində qətiyyətlə dayanıblar.

Politoloq Armen Qasparyanın sözlərinə görə, Paşinyanın mətbuat xidmətinin rəsmi məlumatın mətnini dəyişdirməsi onunla bağlıdır ki, mətnin ilk variantında Ermənistanın baş nazirinin “öz rəisinə” məruzə etməsi təəssüratı yaranır. Ermənistanın suveren dövlət olduğunu nəzərə alsaq, mətbuat xidməti qərara gəlib ki, bu cür təsbit ermənilərin milli hisslərini təhqir edir və mətni yenidən yazmaq lazımdır”.

Politoloq onu da qeyd edib ki, Levon Ter-Petrosyan da daxil olmaqla, bütün prezidentlərin dövründə mətnlər bu formada yazılıb. Lakin bu, heç kimdə narahatlıq doğurmayıb.

Qeyd edək ki, Ermənistanda bu mətn dəyişdirilsə də, Kremlin rəsmi saytında olduğu kimi qalıb.

Xatırladaq ki, bundan öncə Nikol Paşinyan Ermənistanın siyasi dairələri tərəfindən Vyana görüşündən məğlub ayrılması ilə ittiham olunurdu.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/274816.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR