ABŞ səfirliyi GİPA-nın jurnalistika üzrə magistr proqramına qəbul elan edib

ABŞ səfirliyi GİPA-nın jurnalistika üzrə magistr proqramına qəbul elan edib
16:57 6 Aprel 2019
53 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ səfirliyi Gürcüstanın İctimai İşlər İnstitutunun (GİPA) Azərbaycan vətəndaşları olan namizədlər arasında Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin (QJMİM) jurnalistika və media idarəçiliyi üzrə magistr proqramına tələbə qəbulu aparmasını elan edib.
Səfirlikdən “Report”a verilən məlumata görə, proqram üzrə dərslər ABŞ, Avropa Birliyi, Gürcüstan və Azərbaycandan olan müəllimlər tərəfindən aparılır.
Bu proqram ABŞ-ın Dövlət Departamenti tərəfindən Açıq Cəmiyyət İnstitutunun əlavə yardımı ilə maliyyələşdirilir. Ümumilikdə, proqramın məqsədi Qafqazda formalaşmaqda olan demokratik cəmiyyətdə medianın gücləndirilməsidir.
Azərbaycandan 5 nəfər tələbə bu proqramda iştirak üçün seçiləcək. Proqram dörd semestr ərzində (2019-2021-ci tədris ilində sentyabrdan mayadək) Bakıda yerli universitetlərdən birində və Tbilisi şəhərində GİPA-da keçiriləcək.
Birinci və dördüncü semestrlər Bakıda yerli universitetdə keçiriləcək. Tələbələr 2020-ci ildə ikinci və üçüncü semstrlərdə Gürcüstanda təhsillərini davam etdirəcəklər. 2021-ci ilin may ayında onlar diplom işlərini müdafiə etmək üçün yenidən məktəbə qayıdacaqlar. GİPA-da təhsil aldıqları zaman tələbələrin kompyuter, radio və video avadanlıqlardan, İnternet və zəngin kitabxanadan istifadə etmək imkanları olacaq. Proqram çərçivəsində tələbələr Brosse Street Journal adlanan jurnalın həm çap, həm də internet versiyasını buraxacaq və GİPA FM radiosu vasitəsilə xəbər proqramlarını yayımlayacaqlar.
Həm çap həm də tele-radio yayımı mediası nümayəndələri üçün nəzərdə tutulan tədris planı praktiki yanaşma və toplanmış təcrübə prinsipləri üzərində qurulub və faktlarla əsaslanan peşəkar xəbər çatdırılmasını nəzərdə tutur. Burada həmçinin idarəçilik üsullarına və iqtisadiyyat və hüquq fənlərinin tədrisinə də diqqət ayrılacaq. QJMİM müəllim heyəti və tədris planı mərkəzi USAID tərəfindən maliyyələşdirilən 4 illik G-Media layihəsi çərçivəsində İREX Gürcüstan ofisi və ABŞ-ın Cənubi Karolina Universiteti tərəfindən təqdim olunub.
Dil imtahanından və müsabiqədən keçmək üçün namizədlərdən ingilis dili biliyi tələb olunur.
ABŞ-ın Azərbaycandakı səfirliyi tələbələrin Gürcüstanda olan zaman tədris haqlarını və yaşayışlarını maliyyələşdirəcək.
Qəbul üçün prosedur: ingilis dili imtahanı, inşa (ingilis dilində) və bu ilin avqustunda Azərbaycan-Amerika qəbul komissiyası üzvlərinin Bakıda keçirəcəyi müsahibə.
Sənədlərin qəbulu üçün son müddət aprelin 25-nə kimidir. 


Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/gi-pa-nin-jurnalistika-uzre-magistr-proqramina-qebul-elani-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR