Qazaxda 8 mindən çox patron aşkarlandı

Qazaxda 8 mindən çox patron aşkarlandı
16:59 6 Aprel 2019
93 Digər
Ölkə mətbuatı
A- A+

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Qazax rayonu, Ağköynək kəndi ərazisində araşdırma aparıb.

 

ANAMA-dan Lent.az-a daxil olan məlumata görə, araşdırma Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə qeyd olunan ərazidə  11 ədəd patronun tapılması ilə bağlı daxil olan məlumata əsasən aparılıb. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Qazax rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

 

 Agentliyin mütəxəssisləri və Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə  otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 8,356 ədəd 7.62 mm-lik patron aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Patronların ətrafında 220 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310510

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR