Ölən şagirdlə bağlı

162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasova məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın aldığı xəsarətlərdən dünyasını dəyişməsi ilə əlaqədar şagirdin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.

Metbuat.az xəbər verir ki, məktəb direktoru bəzi sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələri nümayəndələrinin hadisənin həssaslığını nəzərə almasını xahiş edib.

Məktəb direktoru məsələ ilə bağlı məlumatında bildirir ki, əvvəl 49 nömrəli "İntellekt" məktəb-liseyində və 203 nömrəli tam orta məktəbdə təhsil alan Elina Hacıyeva 2018-ci ilin noyabr ayından 162 nömrəli tam orta məktəbə köçürülmüşdür. Məktəbdə təhsil aldığı dövrdə məktəb rəhbərliyinin daimi nəzarətində olmuş, onun müxtəlif davranışları ilə bağlı özü və anası ilə məktəbin psixoloqunun iştirakı ilə bir neçə dəfə söhbət aparılmış, bu barədə aidiyyəti dövlət qurumlarına müraciət olunmuşdur.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisənin təfərrüatları araşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR