Təhsil Nazirliyi Bakıda özünü məktəbin üçüncü mərtəbəsindən atan şagirdin ölümü ilə bağlı məlumat yayıb

Təhsil Nazirliyi Bakıda özünü məktəbin üçüncü mərtəbəsindən atan şagirdin ölümü ilə bağlı məlumat yayıb
17:17 6 Aprel 2019
32 Digər
Ölkə mətbuatı
A- A+

Təhsil Nazirliyi Bakıda özünü məktəbin üçüncü mərtəbəsindən atan şagirdin ölümü ilə bağlı məlumat yayıb. 
Nazirlikdən "Report"a verilən məlumata görə, 162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasova məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın aldığı xəsarətlərdən dünyasını dəyişməsi ilə əlaqədar şagirdin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.
"Eyni zamanda məktəb direktoru bəzi sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələri nümayəndələrinin hadisənin həssaslığını nəzərə almasını xahiş edir. Məktəb direktoru məsələ ilə bağlı məlumatında bildirir ki, əvvəl 49 nömrəli "İntellekt" məktəb-liseyində və 203 nömrəli tam orta məktəbdə təhsil alan Elina Hacıyeva 2018-ci ilin noyabr ayından 162 nömrəli tam orta məktəbə köçürülüb. Məktəbdə təhsil aldığı dövrdə məktəb rəhbərliyinin daimi nəzarətində olub, onun müxtəlif davranışları ilə bağlı özü və anası ilə məktəbin psixoloqunun iştirakı ilə bir neçə dəfə söhbət aparılıb, bu barədə aidiyyəti dövlət qurumlarına müraciət olunub. Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisənin təfərrüatı araşdırılır", - məlumatda qeyd olunub.


Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/tehsil-nazirliyi-bakida-ozunu-mektebin-ucuncu-mertebesinden-atan-sagirdin-olumu-ile-bagli-melumat-yayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR