Məktəb direktoru KİV-ə səsləndi: "Hadisənin həssaslığını nəzərə alın"

Məktəb direktoru KİV-ə səsləndi: "Hadisənin həssaslığını nəzərə alın"
17:39 6 Aprel 2019
56 Digər
Ölkə mətbuatı
A- A+

162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasova özünü məktəb binasından atan 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı açıqlama yayıb.
 
Lent.az xəbər verir ki, direktoru bəzi sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələri nümayəndələrinin hadisənin həssaslığını nəzərə almasını xahiş edir.
 
Məktəb direktoru məsələ ilə bağlı məlumatında bildirir ki, əvvəl 49 nömrəli "İntellekt" məktəb-liseyində və 203 nömrəli tam orta məktəbdə təhsil alan Elina Hacıyeva 2018-ci ilin noyabr ayından 162 nömrəli tam orta məktəbə köçürülüb. Məktəbdə təhsil aldığı dövrdə məktəb rəhbərliyinin daimi nəzarətində olub, onun müxtəlif davranışları ilə bağlı özü və anası ilə məktəbin psixoloqunun iştirakı ilə bir neçə dəfə söhbət aparılıb, bu barədə aidiyyəti dövlət qurumlarına müraciət olunub.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisənin təfərrüatları araşdırılır.
 
Qeyd edək ki, Bakının Səbail rayonunun 162 saylı orta məktəbinin VIII sinif şagirdi Elina Hacıyeva aprelin 4-də təhsil aldığı tədris müəssisəsinin 3-cü mərtəbəsindən özünü atıb. O, müxtəlif xəsarətlərlə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
 
Elina Hacıyeva bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib.
 
Məktəbdən isə şagirdin özünü atmadığı, yıxıldığı bildirilib.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310516

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR