Rəqqasə Oksana Rəsulova yuxusuzluqdan gileylənib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi neçə gündür gecələr yatmadığını deyib. O, "Şou news" verilişinə açıqlamasında deyib ki, oğlu diş çıxartdığı üçün yata bilmir:
"Yaradıcılıqla bağlı heç nə yoxdur, çox maraqsızam. Gözlərimin altı da çöküb. Osman diş çıxardır, artıq 8 ayına çatıb. Çox yorğunam".
Artıq çəkidən xilas olduğunu deyən Oksana "Arıtq kompleksim yoxdur, hər şey yaxşıdır. Bir-iki kiloqram çəkim qalıb, onu da atacam. Layihələrim, bir-iki film təkliflərim var. Bir də başqa ölkə ilə bağlı layihə olacaq" deyə, sözlərinə əlavə edib.
Milli.Az