Tərlan Əhmədov "Keşlə"nin baş məşqçisi postundan istefa vermək istədiyini açıqlayıb

Tərlan Əhmədov "Keşlə"nin baş məşqçisi postundan istefa vermək istədiyini açıqlayıb
18:22 6 Aprel 2019
74 Digər
Ölkə mətbuatı
A- A+

"Belə oyun haqda danışmağa söz tapmıram. Autsayderlərin oyunu olduğu üçün üzərimizdə həddindən artıq təzyiq vardı. Zədəlilər də bir tərəfdən".
"Report"un məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XXIIl turunda səfərdə "Sumqayıt"a 1:2 hesablı məğlubiyyətdən sonra deyib.
O, bildirib ki, futbolçuları məğlub psixologiyası var və onları dəyişməkdə çətinlik çəkir: "Burada komandanı düzəltməkdə çətinlik çəkdim. Etiraf edim ki, bacarmadım. İstefa verəcəyəmmi? Rəhbərliklə danışacam. Hər şey ola bilər. Əvvəl işlədiyim yerlərdə alınırdı, burda mümkün olmadı. Rəhbərlik danışıb, qərar verəcəyik. Bu mövsüm mənə qədər 2 baş məşqçi dəyişib. Yayda komandaya yetərincə yaxşı futbolçular cəlb etmək lazım idi. Qışda da cəmi 6 oyunçu götürdük".
T.Əhmədov deyib ki, səhvləri analiz etsələr də, nəticə əldə etmək olmur: "AZAL-da komandanı özüm qurmuşdum. Orda pul olmasa da, mənə görə canlarını qoyurdular. Burada həmin komandanı qura bilmədim. Bəlkə qalan 5 turda kimsə bunu bacara bilər".

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/terlan-ehmedov-bas-mesqci-postundan-istefa-vermek-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR