Azərbaycanlı cüdoçudan Türkiyədə böyük uğur

Azərbaycanlı cüdoçudan Türkiyədə böyük uğur
18:28 6 Aprel 2019
90 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan cüdoçusu Rüstəm Orucov Türkiyənin Antalya bölgəsində keçirilən Qran-pridə uğurlu nəticə əldə edib.

Publika.az xəbər verir ki, təmsilçimiz finala yüksəlib.

73 kq çəki dərəcəsində mübarizə aparan 28 yaşlı idmançı turnirə 1/16 final mərhələsindən başlayıb. Orucov ardıcıl olaraq, cənubi koreyalı Hyunçeol Kanq, qambiyalı Faye Njie, ukraynalı Dmitro Kanivets və rusiyalı Leçi Ediyevi məğlub edib.

Finalda onun rəqibi cənubi koreyalı Çanqrim An olacaq. An 2018-ci ildə Bakıda keçirilmiş dünya çempionatında qızıl medal qazanıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/274818.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR