Ayxan Abbasov: "Çalışacağıq ki, sonuncu yerə düşməyək"

Ayxan Abbasov: "Çalışacağıq ki, sonuncu yerə düşməyək"
18:32 6 Aprel 2019
68 Digər
Ölkə mətbuatı
A- A+

"Çətin və önəmli oyun idi. İki komanda da eyni durumdadır. Heç-heçə hesabı onları qane etsə də, bizə qələbə lazım idi. Sonuncu yeri tutmamağa çalışacağıq".
"Report" xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XXlll turunda evdə "Keşlə"2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
38 yaşlı mütəxəssisin sözlərinə görə, klub rəhbərliyi və azarkeşlər oyun ərəfəsində komandaya böyük dəstək veriblər: "Hesabı açandan sonra qol buraxsaq da, ikinci yarıda dəyişikliklər etdik. Önəmli qələbə qazandıq. Bundan sonra əlimizdən gələni edəcəyik ki, sonuncu sıraya düşməyək. Son matçlarda da pis oynamamışıq. Həm mənə, həm də komandaya vaxt lazımdır. Bir çox oyunçumuzda inkişafın olduğu hiss edilir. Qorxduğumuz o idi ki, Azərbaycan Kubokunun yarımfinal oyunları ərəfəsində pis durumda olaq. Bu qalibiyyət futbolçulara arxayınlıq yox, istək gətirməlidir".

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/ayxan-abbasov-sonuncu-yeri-tutmamaga-calisacagiq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR