Məhbusları gözdən qoymayacaq - YENİ QURĞU

Məhbusları gözdən qoymayacaq - YENİ QURĞU
18:34 6 Aprel 2019
52 Digər
Ölkə mətbuatı
A- A+

Yaxın aylar ərzində Yançen həbsxanasında quraşdırılacaq "ağıllı" müşahidə sistemi məhbusların hər bir addımına nəzarət edəcək.
 
Lent.az ictnews-a istinadən xəbər verir ki, həbsxana administrasiyasının məlumatına görə, rəqəmli "nəzarətçi" fasiləsiz işləyəcək.
 
Kamera və rəqəmsal şəbəkəsdən ibarət olan müşahidə sistemi insanların sifətini tanımaq və onların hərəkətlərini təhlil etmək qabiliyyətinə malik süni intellektlə təchiz edilib. Sistem gündəlik olaraq hər bir məhbusla bağlı hesabat tərtib edəcək və qəribə halları aşkar edəcək.
 
Məsələn, məhbusun müəyyən bir müddət ərzində kamerada əsəbi halda irəli-geri hərəkət etdiyi qeydə alınsa, o zaman süni intellekt bu davranışı şübhəli kimi qiymətləndirəcək və bu haqda həbsxana administrasiyasına məlumat verəcək.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310518

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR