Sumqayıtda çoban təsərrüfat sahibi tərəfindən döyülüb

Sumqayıtda çoban təsərrüfat sahibi tərəfindən döyülüb
18:52 6 Aprel 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

Sumqayıtda çoban təsərrüfat sahibi tərəfindən döyülüb.
"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində fəaliyyət göstərən fərdi təsərrüfatların birində baş verib.
Belə ki, əslən Ağsu rayonunun Bico kəndinin sakini olan 1971-ci il təvəllüdlü Hacıməmmədov Seyran Əlibaba oğlu qəsəbədə çoban işlədiyi fərdi təsərrüfat sahibi Vəli adlı şəxs və oğlu tərəfindən döyülüb. Yaralının sözlərinə görə, səhər saatlarında təsərrüfat sahibi ilə aralarında mübahisə olub. Mübahisə sonda davaya çevrilib. Dava zamanı S.Hacıməmmədov üzündən və bədəninin digər nahiyələrindən xəsarətlər alıb. O, yaxınlıqda yaşayan şəxslər tərəfindən yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sumqayitda-coban-teserrufat-sahibi-terefinden-doyulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR