Rüstəm Orucov Antalya Qran-prisinin finalında gümüş medal qazanıb

Rüstəm Orucov Antalya Qran-prisinin finalında gümüş medal qazanıb
19:32 6 Aprel 2019
62 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan cüdoçusu Rüstəm Orucov Türkiyənin Antalya şəhərində keçirilən Qran-pridə gümüş medal qazanıb. 
"Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən 28 yaşlı idmançı finalda son dünya çempionu cənubi koreyaÇanqrim Ana qızıl xalla uduzub.

***16:37
Azərbaycan cüdoçusu Rüstəm Orucov Türkiyənin Antalya bölgəsində keçirilən Qran-pridə finala yüksəlib.
"Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində yer alan 28 yaşlı idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Orucov ardıcıl olaraq, cənubi koreyalı Hyunçeol Kanq, qambiyalı Faye Njie, ukraynalı Dmitro Kanivets və rusiyalı Leçi Ediyevi üstələyib. Həlledici qarşılaşmada onun rəqibi cənubi koreyalı Çanqrim An olacaq. An 2018-ci ildə Bakıda keçirilmiş dünya çempionatında qızıl medal qazanıb.
Qeyd edək ki, Qran-prinin ilk yarış günündə Gültac Məmmədəliyeva 52 kq çəki dərəcəsində bürünc medala sahib olub. 


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/rustem-orucov-gumus-medal-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR