FİDE prezidenti bu dəfə şahmat yox, futbol oynadı

FİDE prezidenti bu dəfə şahmat yox, futbol oynadı
19:34 6 Aprel 2019
65 Digər
Ölkə mətbuatı
A- A+

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess2019" superturnirinin istirahət günü ənənəvi futbol yarışı keçirilib. 
 
ONA-nın məlumatına görə, bu dəfə turnirdə 4 komanda mübarizə aparıb. 
 
Qalib adı uğrunda Arkadiy Dvorkoviçin kapitanı olduğu FIDE, Faiq Həsənovun rəhbərlik etdiyi Azərbaycan Şahmat Federasiyası, eyni zamanda "Şahmatçılar" və "Təşkilatçılar" komandaları çıxış edib.
Reqlamentə uyğun olaraq, komandalar dairəvi sistemlə biri-biri ilə qarşılaşıb. Sonda daha çox qələbə qazanan "Təşkilatçılar" futbol yarışının qalibi adını qazanıb. İkinci yeri iki qələbə qazanan Maqnus Karlsenin oynadığı "Şahmatçılar" komandası tutub. 
 
Qeyd edək ki, hər il ənənəvi olaraq istirahət günündə şahmatçılar futbol yarışında iştirak edir.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310525

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR