Futbol üzrə Azərbaycan Premyer Liqası: Neftçi" "Zirə"ni məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqası: Neftçi" "Zirə"ni məğlub edib
20:07 6 Aprel 2019
63 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun növbəti oyunu keçirilib.
"Report"un məlumatına görə, "Bakcell Arena"da "Neftçi" "Zirə"ni qəbul edib.
Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 4:2. Hesabı 40-cı dəqiqədə təkbətəkdən Baqali Dabo açıb. Bundan 3 dəqiqə sonra Anton Krivotsyuk cərimə zərbəsindən ötürülən topu başla tora göndərib.
İkinci hissədə Samir Abasov bir sıra dəyişikliklər edib. Bunun nəticəsində 59-cu dəqiqədə Mfo Kqasvane Mamadu Mbocu səhvindən sonra fərqi azaldıb. Lakin bu vaxt Mirabdulla Abbasovun əvəzinə meydana daxil olan Namik Ələskərov cəmi 2 dəqiqə sonra fərqi yenidən artırıb. 80-ci dəqiqədə Kqasvane penaltidən yenə fərqi azaldıb. Lakin 88-ci dəqiqədə Dabo özünün ikinci, komandasının 4-cü qolunu vuraraq, yekun nəticəni müəyyənləşdirib.
Görüşün sonunda meydanda qalmaqal baş verib. Nəticədə baş hakim İlkin Muradov və Orxan Sadıqlıya qırmızı vərəqə göstərib.
Bu qələbə sayəsində "Neftçi" xallarını 51-ə çatdıraraq, vahid liderə çevrilib. "Zirə" isə 22 xalla 6-cı pillədə qalıb.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/premyer-liqa-neftci-zire-ni-meglub-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR