Məmməd Musayev: Azərbaycanda köklü islahatlar sahibkarlığın inkişaf səviyyəsini artırıb

Məmməd Musayev: Azərbaycanda köklü islahatlar sahibkarlığın inkişaf səviyyəsini artırıb
20:22 6 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Mətanət Nəsibova - Trend:

Vergi, gömrük və digər sahələrdə keçirilmiş irimiqyaslı islahatların əsas məqsədlərindən biri Azərbaycanda sahibkarlığın inkişafıdır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Ağstafada regionların inkişafında sahibkarlığın roluna həsr olunmuş üçüncü forum çərçivəsində deyib.

Onun sözlərinə görə, islahatlar nəticəsində vətəndaşların sosial rifahı əhəmiyyətli dərəcədə yaxşılaşıb, eləcə də iqtisadi güc artmaqda davam edir, iqtisadiyyatın şaxələndirilməsi icra olunur:

"Son illərdə biz müasir tələblərə cavab verən infrastrukturun, yeni müəssisələrin yaradılmasının və sahibkarlığa dəstəyin şahidi oluruq. Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının reallaşdırılması da rayonların inkişafına böyük təsir göstərdi".

Konfederasiya rəhbəri bildirib ki, Azərbaycanda 970 min sahibkar qeydiyyata alınıb:

"Təkcə 2018-ci ildə 87 600 vergi ödəyicisi qeydiyyata alınıb ki, onlardan 50,4 faizi regionlarda yaradılan sahibkarlıq subyektidir. Hesab edirəm ki, regionların inkişafı və regional sahibkarlığın artımı ölkədə inkişafa xidmət edəcək".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/economy/3042559.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR