“Mən bu kövrək namizədin heç vaxt qalib gələ bilməyəcəyini düşünürdüm” – CHP namizədinin İstanbulda uğur formulu

“Mən bu kövrək namizədin heç vaxt qalib gələ bilməyəcəyini düşünürdüm” – CHP namizədinin İstanbulda uğur formulu
20:37 6 Aprel 2019
Ölkə mətbuatı
A- A+

İstanbul bələdiyyə başçılığına namizəd Əkrəm İmamoğlunun Rəcəb Tayyib Ərdoğanın Ədalət və İnkişaf Partiyasına (AKP) qarşı kampaniyanı necə apardığın görmək üçün türkcəni bilməniz vacib deyil.

Videodan görünür ki, o, İstanbul bazarında bir dindar AKP tərəfdarı ilə qarşılaşır. Qoca deyir ki, Türkiyənin 20-ci əsrdəki dünyəvi hakimiyyəti dövrünə müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) məscidləri dağıtdığı halda, AKP dəmir yollarını inşa edib.

"Babacan, mən o vaxtla heç dünyaya gəlməmişdim", - deyə İmamoğlu gülür və yaşlı adamı qucaqlayır.

"Mən CHP-yə səs vermirəm, - yaşlı adam nəhayət, deyir. - Amma sənə səs vermək istəyirəm".

Milli.Az strateq.az-a istinadən bildirir ki, bazar ertəsi, səhər saatlarında İmamoğlu İstanbulun bələdiyyə başçısı yarışında önə çıxaraq Türkiyənin bütün siyasi sinfini və hətta öz dəstəkçilərini heyrətləndirib. Hakim partiya tərəfindən hələ də qəbul edilməyən bu aydın zəfər bələdiyyə seçkilərində Ərdoğanın güclü və yaxşı maliyyələşdirilən siyasi maşınına qarşı müxalifətin ən böyük qələbəsidir.

CHP funksioneri Yüksel Taşkın deyir: "Maliyyə də daxil olmaqla, bütün əskikliklərimizə baxmayaraq, ədalətli bir səbəbimiz var idi. Sözlərimiz ictimaiyyət tərəfindən yaxşı başa düşülürdü. Bəzən mesaj puldan daha vacibdir".

Türk hökumətinin avtoritar axınına baxmayaraq, bələdiyyə seçkiləri, həmçinin, Türk demokratiyasının bəzi aspektlərinin pozulmadığını göstərir. Seçicilərin təqribən 84 faizi səsvermə iştirak edib.

Analitik Yusuf Erimin sözlərinə görə, "onlar demokratiyaya inanırlar".

Səslərin hesablanması hələ davam edir. Müxalifətin qazandıqları əhəmiyyətli olsa da, şişirdilməməlidir.

CHP hazırda Türkiyənin üç böyük şəhərinin bələdiyyəsinə nəzarət edir. AKP-nin tərəfdaşı olan MHP ölkədə ən azı yeddi bələdiyyəni qazanıb. Kürdlərin HDP-si də Türkiyənin şərqində müəyyən qazanclar götürüb.

Həmçinin, CHP paytaxt Ankarada qalib gəlib.

AKP ümumən səslərin təxminən 45%-ini alıb, CHP - 30%. "17 ildir hakimiyyətdə olan bir partiya üçün bu, böyük nəticədir", - Erim bildirib.

Seçkilər keçən il ölkənin maliyyə böhranı, lirənin dəyərinin 30 faizini itirməsindən sonra keçirilib. İnflyasiya türklərin mənfəət və əmanətlərini "yeyib". Ərdoğanın iqtisadi uğursuzluqları partiyanın seçki itkilərinin səbəbi ola bilər.

"Bu, Ərdoğanın kampaniyada iqtisadiyyatdan tutmuş namizədlərə dair ritorikasına qədər səhvlərini vurğulayır, - Braun Universitetinin Uotson İnstitutunda çalışan Türkiyə üzrə mütəxəssis Səlim Sazak bildirib. - Bələdiyyə seçkisində söhbət Suriya və ya Fələstindən yox, məsələn, kanalizasiya sularının hara axıdılacağndan gedir".

Türkiyədə yaxın dörd ildə heç bir seçki planlaşdırılmır, vətəndaşlar sabitliyə can atır və uzun təbliğat dövründən yorulublar.

Yüksel Taşkın bildirib ki, seçkilərin hökumətə mesaj göndərəcəyinə ümid edir və bu mesajın Ərdoğanı yolları dəyişdirməyə, müxaliflərə qarşı siyasi təzyiqləri dayandırmağa vadar edəcəyinə inanır.

"Əgər hökumət qüvvələri bizə təzyiq göstərsə, İstanbul camaatı onları cəzalandıracaq. Onlar dəyişməlidirlər".

Bazar ertəsi günü bu dəyişikliyin kiçik əlaməti belə yox idi. Dövlət televiziyası müxalifət namizədi tərəfindən edilən mətbuat konfransı və çıxışları nəzərə almır, əksinə, AKP rəhbərlərinin bəyanatlarını işıqlandırırdı.

Hakim partiya İmamoğlunun AKP-nin bələdiyyə başçılığına güclü namizədi Binəli Yıldırıma - sabiq nəqliyyat naziri, baş nazir, Məclis sədrinə güc gələcəyinə inanmırdı. Sorğular səs vermədən əvvəl onun geridə olduğunu deyirdi. Lakin AKP zəfərini elan edərkən, İmamoğlu təmkinini qorudu.

Bazar ertəsi günü İmamoğlu "Twitter"-dəki tərcümeyi-halına düzəliş edib: İstanbul Böyükşəhər Bələdiyyə Başçısı.

Səlim Sazak deyib: "Mən bu kövrək namizədin heç vaxt qalib gələ bilməyəcəyini düşünürdüm. O bunu necə etdi? Bu, fantastikadır!"

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/744570.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR