Kral ailəsinin sirrinin üstü açıldı

Kral ailəsinin sirrinin üstü açıldı
20:53 6 Aprel 2019
81 Digər
Ölkə mətbuatı
A- A+

Dünya mediası tərəfindən hər addımları yaxından izlənilən İngiltərə şahzadəsi Harri və Meqan Markl cütlüyünün dünyaya gələcək uşaqlarının cinsiyyəti ilə bağlı iddialar yayılıb.

Publika.az xəbər verir ki, cütlüyün yaxın dostu, dünyaca məşhur tennisçi Serana Uilyams bu barədə danışıb.

Serena ailəsi tərəfindən cinsiyyəti sirr kimi saxlanan körpənin qız olacağını “ağzından qaçırıb”.

ABŞ-da yayımlananE! News” proqramına qatılan məşhur tennis ustası ana olmaq və bunun idman həyatına təsirilə bağlı danışıb. 1 yaşında qız anası olan Uilyams yeni analara və ana olmağa namizəd olanlara tövsiyələr verib. Bu zaman o, yaxın bir dostundan da örnək gətirib: “Hər zaman “uşaqlarım bunu edəcək, onu edəcək” deyirdi. Mən də ona dedim ki, yox, sənin qızın belə etməyəcək”. Serena bu sözlərdən sonra sürətli şəkildə söhbəti dəyişib. Onun bu hərəkəti şübhə doğurub və ağıllara söhbətin Meqan Markldan getməsi fikrini gətirib.

Qeyd edək ki, kral ailəsi növbəti üzvünü iyun ayında qucağına götürəcək.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/maraqlidunyasi/274815.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR