Ən möhkəm əlaqə və ən şərəfli fəxr

Ən möhkəm əlaqə və ən şərəfli fəxr
21:22 6 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Milli.Az maide.az-a istinadən günün hədisini təqdim edir:
 
İmam Əli (ə):

الْمَوَدَّةُ اشْبَكُ الْانْسابِ وَ الْعِلْمُ اشْرَفُ الْاحْسابِ

"Məhəbbət ən möhkəm qohumluq əlaqəsi, elm isə ən şərəfli fəxrdir."

("Biharul-ənvar", c.1, səh.183 və c.74, səh.419.)

Qısa izah

Ərəblər şəxsiyyəti nəsil-nəcabətlə ölçürdülər. Hədisdə qeyd olunan "nəsəb" sözündə "hansı tayfadan və kimin övladı olmaq" nəzərdə tutulur. "Həsəb" sözü isə "iftixarlar" mənasını daşıyır. Görürsən ki, bəzən, insan öz ata-babalarının, bəzən də öz iftixarlarından danışır. Məsələn, səxavətli insan üçün ata-babaları səxavətli olmasa da, səxavət şərəf və iftixar sayılır.

İmam Əli (ə) bu hədisdə nəsil-nəcabət və fəxri aydın təsvirlə belə bəyan edir: "Ən möhkəm qohumluq əlaqəsi məhəbbətdir."

Bir nəfərdən: "Qardaş istəyirsən, yoxsa yaxşı dost?" - deyə soruşduqda, belə cavab verdi: "Mənim üçün yaxşı dost olan bir qardaş istəyirəm." Bəli, yuxarıdakı hədisdə bu mətləbə işarə edilir.

Məhəbbət, doğrudan da, xariqələr yaradır. Məhəbbət ən qəddar düşməni ram edə bilər və bu, dünya və axirət səadəti üçün ən mühüm vasitə, İslam dininin bütün insanlara təbliğ və təqdim edilməsində ən mühüm nemətdir.

İmam Əli (ə) hədisin davamında buyurur: "Elm ən böyük şərəf və fəxrdir."

Bu rəvayətdə "elm" sözü mütləq şəkildə qeyd olduğundan, haram və kərahətli elmlər istisna olmaqla, bütün elmlərə aiddir. Bir sözlə, iki şey müvəffəqiyyət amili sayılır: "elm" və "məhəbbət".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/744532.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR