4 cüdoçumuz finala çıxdı

Azərbaycanın dörd cüdoçusu Çexiyanın Teplitse şəhərində keçirilən Avropa kuboku yarışlarında finala vəsiqə qazanıb.

Metbuat.az">Metbuat.az xəbər verir ki, yarışların birinci günündə İsmayıl Qənbərli (50 kq), Şükran Zamanlı (55 kq), Turan Bayramov (66 kq), Nahid İsmayılov (66 kq) bütün rəqiblərini məğlub edərək finala yüksəliblər.

Qeyd edək ki, yarışda ölkəmizi 19 kişi və 8 qadın cüdoçu təmsil edir. Turnirdə 33 ölkədən 700-dən çox cüdoçu mübarizə aparır.

BUNA DA BAX


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR