Bibliyada hansı personaj Donald Trampın oxşarıdır? - İRAN VƏ İSRAİLİN ORTAQ DÜŞMƏNİ

Bibliyada hansı personaj Donald Trampın oxşarıdır? - İRAN VƏ İSRAİLİN ORTAQ DÜŞMƏNİ
21:27 6 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Sosial media istifadəçiləri "Hansı... Sənsən?" testləri ilə tanışdır. Bu viktorinada hazırda "Bibliyada hansı iranlı personaj Donald Trampdır?" daha çox populyardır.

Mart ayının sonunda yəhudi xalqı Purim bayramını qeyd edib. O, "Esterin Kitabı"nda təsvir olunan hadisələri xatırladır.

Milli.Az strateq.az-a istinadən bildirir ki, ABŞ dövlət katibi Mayk Pompeo İsrailə səfər edərkən, mətbuatda bu başlıqlar peyda olub: "Mayk Pompeo Trampın günümüzün Esteri olduğunu söylədi"; "Həzrət Musa"nın - Mayk Pompeonun fikrincə, Tramp kraliça Esterdir" və "Mayk Pompeo: "Tramp yəhudi xalqını İrandan xilas etmək üçün göndərilib".

Martın 21-də Pompeo Qüdsdə "Christian Broadcast Network"-a (CBN) müsahibə verib. CBN-in sahibi Kris Mitçell dövlət katibinə bu uzun sualı verib: "Ester 2500 il bundan əvvəl yəhudi xalqını Tanrının köməyi ilə Hamandan xilas etdi. 2500 il sonra Yaxın Şərqdə yeni Haman var, Haman kimi, İran dövləti də yəhudi xalqını məhv etmək istəyir. Sizcə, indi prezident Tramp, kraliça Estertək, yəhudi xalqını İran təhlükəsindən xilas edə bilərmi?"

Pompeo cavab verib: "Bir xristian kimi, bunun mümkün olduğuna inanıram".

O, bircə cümlə söyləyib. Pompeo yalnız CBN sahibinin bənzətməsinə cavab verib. Ehtimal ki, o, "Esterin Kitabı"nı diqqətlə oxumayıb.

Ester yəhudi xalqını xilas edib, ancaq hekayətdə diqqət yetirilməli bir neçə fərq var.

Birincisi, Ester yəhudi idi. Fars Ölkəsi kralı Kuruş dikbaş kraliçanın, ilk arvadının yerinə yenisini seçərkən, Esteri bəyənir və şəxsiyyətini gizlədən qadınla - Mordexayın övladlığa götürdüyü Esterlə evlənir. Nəticədə, Ester öz ağlı və cazibəsindən mənsub olduğu xalqı ərinin təsirinə alan vəziri Hamanın zülmündən xilas etmək üçün istifadə edir.

Tarixi səciyyəsindən başqa, ABŞ prezidenti Donald Tramp Esterin xüsusiyyətlərindən heç birinə malik deyil.

Ağ Evdə kraliça Esterə ən çox bənzəyən personaj Birinci xanım Melaniya Trampdır - dünyanın ən güclü adamı ilə evli olan gözəl, gənc miqrant qadın. Ancaq Melaniyanın əri prezident vəzifəsinin icrasına başlayarkən, artıq Trampla evli idi, şəxsiyyətini gizlətmirdi və sloven xalqını hər hansı təhlükədən qurtarma imkanı yoxdur.

Bu iki hekayət arasında müqayisə ediləcək digər məqamlar da var: Haman iranlı deyil, amalekit idi. Qeyd etmək lazımdır ki, Fars Ölkəsi, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin digər həqiqətlər arasında, bir "tweet"-ində işarə etdiyi kimi, iki semit xalq arasında ədalət mühakiməçisidir.

İranın mövcud rejimini Hamanla müqayisə etmək mümkündür: İslam - semitik bir dindir və Ali Rəhbərin başındakı qara əmmamə onun hz. Məhəmmədin (s.) nəslindən olduğunu ifadə edir. Lakin Ali Rəhbər Ayətullah Əli Xamnəinin "Fələstin" kitabını oxumuş və ya bu mövzuda açıqlamalarla tanış olan hər kəsə məlum olduğu kimi, İslam Respublikasının rəsmi mövqeyi antiyəhudi deyil, antisionistdir. İranda yəhudilərlə olduqca ədalətli rəftar edirlər və onların hətta Məclisdə bir nümayəndəsi var. Bundan başqa, İran İsrailin düşməni deyil. İran və İsrail ortaq bir düşmənə sahibdir: İslam Respublikası.

De-yure və de-faktolar fərqli olsa da, İslam Respublikası İsraildən daha çox İranın düşmənidir. Buna görə də, Tramp xilaskar olardısa, yəhudi xalqı deyil, İsrailin xilaskarı olardı.

Pompeonun açıqlamasından bir neçə gün sonra, martın 25-də Ağ Evdə İsrail baş naziri Binyamin Netanyahu prezident Trampı kral Kuruşla müqayisə edib. Bu belə bir müqayisə Netanyahu və ya başqaları tərəfindən ilk dəfə edilmir.

Müqayisə, həmçinin Trampın andiçmə mərasimindən əvvəl, 2016-cı ildə yevangelist xristianlar tərəfindən edilib. "Nasent Sinedrion", "Mikdaş" Təhsil Mərkəzi və "Siondakı Məbəd" kimi yəhudi hərəkatları hətta Tramp və Kuruşun profillərinin əksləri olan iki sikkə zərb etdirib.

Ancaq Tramp Böyük Kuruşla müqayisə edilən ilk xarici lider deyil. Lord Balfur 1917-ci ildə Kuruşla müqayisə edildiyi zaman İngiltərə mandatının icraçısı idi və yəhudi xalqının Ərzi-Məvuda qayıdış hüququnu elan edib. Birləşmiş Ştatlarının prezidenti Harri Truman da İsrail dövlətini tanıyarkən, özünü Kuruşa bənzədib.

Müqəddəs Kitabda və yəhudi ənənəsində Böyük Kuruş Məsih kimi qəbul edilir və buna görə də, o, yəhudi mənşəli sayılır. Tarixən o, Midiya şahzadəsinin oğlu olsa da, bəzi İrani-ibrani ənənələrdə kraliça Esterin oğlu hesab olunur.

Yeşaya və Ezra Kitablarında Kuruş barədə açıq şəkildə deyilir ki, göylərin Rəbbi onunla danışıb və ona yəhudilərin Yəhudiyyəyə qayıtması və Məbədi yenidən inşa etməsi icazəsi verməyi buyurub.

Gerçək Böyük Kuruş olmaq üçün Tramp bütün millətlərin öz torpaqlarına dönməsinə imkan verməlidir. Bu, hazırda e.ə. 539-cu ildə olduğundan daha çətindir.

Trampın beynəlxalq birliyin rəyinə qarşı İsrailə dəstəyi təqdirəlayiq olsa da, onun Kuruşla müqayisəsi Yerusəlimdəki ABŞ səfirliyini yəhudilərin Müqəddəs Məbədinə bənzədir.

Əgər bu sətirlərin müəllifi Trampı Bibliyadakı iranlı personaja bənzətmiş olsaydı, o, kral Kuruş olacaqdı. Purim hekayətində yəhudiləri xilas edən məhz bu qədim fars kralıdır. Kuruş onlara özlərini düşmənlərindən müdafiə etmə imkanı verib və Tramp isə yəhudi ictimaiyyəti əleyhinə İsrailin legitimliyini təmin edir.

Lakin bu da dəqiq müqayisə ola bilməz. "Esterin Kitabı"nda və yunan tarixçiləri tərəfindən yalnız hedonist və zinakar kimi deyil, həm də qadınların fitvasına uyan və bəzən onlara hörmət göstərən bir insan kimi təsvir olunur və bu müqayisə bir başqa hekayətdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/744574.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR