Parisdə "sarı jiletlilər"in keçirdiyi aksiyada 28 nəfər saxlanılıb

Parisdə "sarı jiletlilər"in keçirdiyi aksiyada 28 nəfər saxlanılıb
21:27 6 Aprel 2019
58 Digər
Ölkə mətbuatı
A- A+

Fransanın paytaxtı Parisdə polis və jandarm "sarı jiletlilər"in etiraz nümayişləri zamanı 28 nəfəri saxlayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə paytaxt prefekturası məlumat yayıb.
Məlumata görə, daha 7 nümayişçi şifahi xəbərdarlıq alıb. Polis və jandarmeriya profilaktik tədbirlər məqsədilə 10 mindən çox insana nəzarət üçün gücləndrilimiş rejimə keçib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, günorta Parisdə 3,1 min nümayişçi etiraz aksiyasına qatılıb. Bu rəqəm ötən şənbə günü keçirilən aksiya üzvlərinin (1,8 min nəfər-red) sayından çox olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/parisde-sari-jiletliler-in-aksiyasinda-28-nefer-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR