Üzüm tənəyindən axan damcıları

Üzüm tənəyindən axan damcıları
21:42 6 Aprel 2019
147 Maraqlı
Ölkə mətbuatı
A- A+

Yaz vaxtı üzüm tənəklərinin budanılması mövsümi aqrotexniki tədbirdir. Adətən budanmış budaqların içindan və kəsik yerlərdən damcılar axır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-fitoterapevt Fizuli Hüseynovun verdiyi məlumata görə, həmin damcıların tərkibində olan vitamin, mineral və fermentlərdən müxtəlif məqsədlərlə istifadə edilir: "Üzüm tənəyi kəsildikdən sonra axan damcıları bir qaba toplanılaraq soyuducuda saxlanır və toplanılmış sudan yarım stəkan səhər acqarına içilməsi böyrək və öd daşlarını əridir. Hər gün həmin suyun 30-40 qramı ilə saç diblərini isladılması saçların gurlaşmasına, qaşınma və kəpəklənmənin aradan qalxmasına, saç tökülmənin dayanmasına səbəb olur.

2 xörək qaşığı təzə üzüm yarpaqları və ya zoğları toplanaraq 1 stəkan suda 20 dəqiqə dəmlənilərək süzülür, gündə bir dəfə saçlar yaxalanır".

Onun dediyinə görə, tənəkdən axan suyun gözə damcıladılması göz qaşınması, acışma və qızartını aradan qaldırır: "Bundan başqa təzə üzüm yarpaqlarının yığılaraq əzilmiş formada oynaq üzərinə qoyulub bağlanılması ağrıları götürür, oynaq duzlaşmasına faydalı təsir göstərir.

Yetişməmiş üzüm meyvəsi - abqora yığılır, onun şirəçəkəndən keçirilərək şüşə butulkalara yığılması şəkər xəstələri üçün çox faydalıdır. Yeməkdən yarım saat əvvəl həmin şirədən 1 xörək qaşığının 1 stəkan suya qarışdırılıb içilməsi şəkərin səviyyəsinin yüksəlməsinin qarşısını alır".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/744527.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR