Qadın diş çöpündən boğulub öldü

Qadın diş çöpündən boğulub öldü
22:17 6 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Portuqayada 50 yaşlı qadının ölümünə səbəb adi diş çöpü olub. O, buterbrod yeyərkən boğazına nəsə gedib ilişdiyini hiss edir. Sonradan 2 dəfə həkimə getsə də, rentgen müayinədə heç bir şey aşkarlanmır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, qadına antibiotik yazıb evə göndərdikdən 2 gün sonra onu evində ölü tapıblar. O, vanna otağında yıxılıb. Əvvəlcə onu kiminsə öldürdüyündən şübhələnsələr də, meyitin yarılması zamanı qadının qida borusundan irinləmiş diş çöpü tapılır.
 
Çöp qirtlaq divarını 2 yerdən deşərək, iltihaba səbəb olmuşdu.  Bu da ürək-damar çatmamazlığına gətirib çıxarıb.  Həkimlər ilk dəfədir qida borusunun diş çöpü tərəfindən deşilməsi səbəbindən ölüm faktı qeydə aldıqlarını etiraf ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/744902.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR