Maşın dəmir maneəyə çırpıldı: xəsarət alanlar var

Maşın dəmir maneəyə çırpıldı: xəsarət alanlar var
22:54 6 Aprel 2019
37 Digər
Ölkə mətbuatı
A- A+

 
Hacıqabulda baş verən avtoqəzada 2 nəfər ağır xəsarət alıb.
 
ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Hacıqabul şəhərindən keçən hissəsində, yolötürücü körpünün üzərində baş verib.
 
"VAZ 2106" markalı avtomobil dəmir səddə çırpılıb. Nəticədə sürücü ağır kəllə-beyin travması ilə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə, avtomobildə olan sərnişin - Hacıqabul sakini, 1979-cu il təvəllüdlü İbrahimi Qadir Şahbaz oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310535

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR