"Nəyin necə baş verdiyini bilmədim" - Kamal Bayramov

"Nəyin necə baş verdiyini bilmədim" - Kamal Bayramov
23:17 6 Aprel 2019
72 İdman
Ölkə mətbuatı
A- A+

"Zirə"nin qapıçısı Kamal Bayramov Premyer Liqanın 23-cü turunda səfərdə "Neftçi"yə 2:4 hesabı ilə uduzduqları matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ilk olaraq oyun haqda fikirlərini bildirib:

- Oyuna yaxşı hazırlaşmışdıq. Amma birinci hissə istədiyimiz kimi alınmadı. Rəqibi əks hücumlarda tutmaq istəyirdik. Etdiyimiz səhvlər və buraxdığımız qollar komandaya bir az psixoloji təsir etdi. İkinci hissədə isə bir az toparlandıq. Vurduğumuz qollardan sonra kiçik səhvlərimiz hesabın böyük olmasına gətirib çıxardı.

- Adi epizodda qapınızda 2 qol gördünüz. Səncə, səbəbi yorğunçuluq idi, yoxsa?

- Belə epizodlar olmamışdı. Məsələn, top oyunçunun ayağının altından keçir. Bunu bəxtsizliklə əlaqələndirərdim.

- Vurduğunuz ikinci qoldan sonra ən azı, heç-heçə üçün yəqin ki, inam artdı.
 
- İkinci hissədə də meydana çıxanda inanırdıq ki, iki top vura biləcəyik. Ən azından bərabərliyi əldə edə bilərdik. Sadəcə istədiyimiz kimi alındıra bilmədik. Qol vurduqdan sonra buraxdığımız səhvlər belə nəticəyə gətirib çıxartdı.

- Hər iki komandanın üzvləri oyun ərzində çox aqressiv görünürdü. Bu, nə ilə bağlı idi?
 
- "Neftçi" ilə oyunlarımız həmişə aqressiv keçib. Bu bizdən asılı olan bir şey deyil. Statistikaya baxanda rəqibi daha çox məğlub etmişik. Bəlkə də bu onlarda aqressiya yaradır. Rəqib aqressiv olanda istər-istəməz sən də aqressiv olursan.

- Oyundan sonra nə baş verdi?

- Baş verənlərə gəlincə, mən uzaqdaydım. Yaxınlaşdım və sakitləşdirməyə çalışdıq. Nəyin necə baş verdiyini bilmədim. Paltardəyişmə otağına isə baş məşqçi girdi və bildirdi ki, futbol haqqında heç kim heç nə danışmayacaq.

- Demək olarmı ki, artıq əsas fikrinizi kuboka yönəltmisiniz?
 
- Kuboka tam ciddi hazırlaşacağıq. Çempionat görüşlərində isə yola vermək kimi bir söhbət olmayacaq. Kubok matçına kimi oyunumuzu düzəltmək və tapmaq üçün mübarizəmizi necə lazımdırsa aparacağıq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/744911.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR