Bir qrup sağlamlıq imkanları məhdud gəncə peşə şəhadətnamələri verilib

Bir qrup sağlamlıq imkanları məhdud gəncə peşə şəhadətnamələri verilib
23:36 6 Aprel 2019
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində bir sıra peşələr üzrə hazırlıq kurslarını yeni bitirən gənclərin yiyələndikləri bilik və bacarıqların qiymətləndirilməsi üçün növbəti imtahan keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, gənclərin xalçaçılıq, tikiş, ağac üzərində oyma, rəssamlıq, montajçı-operator, aşbaz köməkçisi və s. peşələr üzrə kurslarda əldə etdikləri bilik və bacarıqlar yoxlanılıb. İmtahanı uğurla keçən 28 gəncə peşə şəhadətnamələri təqdim olunub. Ayrı-ayrı gənclərin isə peşə hazırlığının bir ay uzadılması qərara alınıb.

Ötən dövrdə Peşə Reabilitasiya Mərkəzinə ölkəmizin bütün bölgələri üzrə 1650-dək gənc qəbul edilib. Müəssisədə olduqları təlim müddətində gənclər burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin edilirlər.Hazırda burada 100-dən çox gənc peşə təlimindədir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3042606.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR