Qurandan sonra ən fəzilətli kəlmələr hansılardır?

Qurandan sonra ən fəzilətli kəlmələr hansılardır?
23:47 6 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Uca Allaha sevimli olan kəlmələr vardır. Allah Elçisi - sallallahu aleyhi və səlləm - demişdir: "Quran­dan sonra ən fəzilətli kəlmələr bu dörd kəlmədir. Bu kəlmələr Qurandan sayılır, hansı biri ilə başlamağının sənə zərəri yoxdur: "Subhənallah (Allah pak və müqəddəsdir), əlhəmdulilləh (Allah bütün təriflərə layıqdir), lə iləhə illəllah (Allahdan başqa həqiqi tanrı yoxdur) və Allahu əkbər (Allah ən böyükdür)".
Milli.Az zikr.az-a istinadən bildirir ki, bu kəlmələrin hər birinin özünəməxsus mənaları vardır:
"Subhənəllah" kəlməsi Uca Allahı kamil sifətləri ilə bütün nöqsanlardan uzaq tutaraq tərifləməkdir. Uca Allah buyurur: "Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir" (əs-Saf, 1).
"əlhəmdu lilləh" kəlməsi bütün tərifəlayiq xüsusiyyətləri Allaha aid etməkdir. Uca Allah buyurur: "Göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allaha həmd olsun!" (əl-Casiyə, 36).
"Allahu əkbər" kəlməsi Allahın böyüklüyünü uca tutmaqdır. Uca Allah buyurur: "Göylərdə və yerdə böyüklük yalnız Ona məxsusdur. O, Qüdrətlidir, Müdrikdir" (əl-Casiyə, 36).
"Lə iləhə illallah" kəlməsi isə yalnız Allahı həqiqi tanrı olaraq qəbul etmək və ibadəti yalnız Allaha həsr etməkdir. Uca Allah buyurur: "O, Allahdır. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Dünyada da, Axirətdə də həmd Ona məxsusdur. Hökm Onundur və siz Ona qaytarılacaqsınız" (əl-Qasas, 70).
Bu kəlmələrin fəziləti haqqında rəvayət edilir ki, Allah Elçisi demişdir: "Mənim üçün "Subhənəl­lah", "əlhəmdu lilləh", "lə iləhə illəllah" və "Allahu əkbər" deməyim, günəşin üzərinə doğduğu hər bir şey­dən daha sevimlidir". (ət-Tirmizi, 3597).
Həmçinin, rəvayət edilir ki, bir dəfə Allah Elçisi yarpaqları qurumuş bir ağacın yanından keçərkən əsa ilə ağaca vurdu və onun yar­paqları yerə töküldü. O buyurdu: "Həqiqətən, "əlhəm­du lilləh, subhən­əl­lah, lə iləhə illəllah və Allahu Əkbər" sözləri, bu ağacın yarpaqları tökül­dü­yü kimi qulun günahlarını tökür". (ət-Tirmizi, 3533).

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/744491.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR