Ailələr, məktəblər və dövlət bu gündən etibarən...

Ailələr, məktəblər və dövlət bu gündən etibarən...
23:58 6 Aprel 2019
78 Digər
Ölkə mətbuatı
A- A+

Siyasi fəal Bəxtiyar Hacıyev Bakıdakı 162 saylı məktəbdə 8-ci sinif şagirdinin özünü 3-cü mərtəbədən atması nəticəsində dünyasını dəyişməsi ilə öz fikirlərini bölüşüb.

Publika.az xəbər verir ki, onun sözlərinə görə, məktəbli qızın intiharı həm ailələr, həm cəmiyyət, həm dövlət, xüsusi ilə də Təhsil Nazirliyi üçün həyəcan təbili olmalıdır.

“Dünyanın hər yerində məktəblərdə uşaqların bir-birinə, yaxud əksər uşaqların bir məktəbliyə sataşması, ələ salması (bullying) əleyhinə sistemli iş aparılır.

Dövlət səviyyəsində misal: 2011-ci ildə ABŞ prezidenti və birinci xanımı Obamalar uşaqların məktəbdə sataşmaların qarşısını almaq üçün video müraciət imzalamışdılar.

Sataşqan uşağı olan ata öz oğlunu soyuqda məktəbə qədər 1km qaçmağa məcbur edir. Çünki, uşağı bu davranışına görə məktəb avtobusuna minməyə icazə vermirlər. Ata bunu videoya çəkir və paylaşır. Başqa bir videoda ata eyni səbəbdən öz qızını 8 km soyuqda yeriməyə məcbur edir. Çünki, qızı başqa məktəbliyə sataşırmış. (Linklər şərhdə)

Azərbaycanda bu gün intihar edən qızın durumunda olan çox məktəblilər var. Bəzilərinə öz yaxın çevrəmizdən şahid olmuşuq, bəzilərini eşitmişik. Çox təəssüf ki, Təhsil Nazirliyi (oradakı dostlar inciməsin) bu sahədə lazımlı iş aparmır, məktəblərdə müəllim və direktorlar da qoşulurlar uşaqlara və hansısa uşaqları ələ salır, sıxışdırır və həyatlarını məhv edir, həyat boyu silinməsi çətin psixoloji travmalar yaşadırlar.

Cəmiyyət isə başqalarının həyatlarına, ailələrinə, geyim tərzlərinə, həyat tərzlərinə, seçimlərinə burun soxmaqla, bu problemi daha da dərinləşdirirlər. Valideynlər övladlarını sinif yoldaşlarını pisikdirmək, sıxışdırmaq, lağlağı etmək kimi bu iyrənc davranışdan çəkindirmək üçün sərt addımlar atmaq əvəzinə, ən pis halda onlara dəstək verərək, ən yaxşı halda isə susaraq bunlara töhfə verirlər.

Və budur. Bütün bu yanlışların nəticəsində Elina adlı gənc bir qız həyatını itirdi. Hələ mən xəstəxanadan yayılan videolarda həkimlərin biganəliyi, etinasızlığı, uşağı xilas edib-etməmək məsələlərini qoyuram bir kənara. Ən azından, ailələr, məktəblər və dövlət bu gündən etibarən ÇOX ciddi dəyişikliklər etməlidirlər ki, Elina bu iyrənc davranışın son qurbanı olsun bu ölkədə”, - Bəxtiyar Hacıyev sosial şəbəkədəki səhifəsində yazıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/274840.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR