"Amazon" peyk üzərindən internetə çıxış üçün sistem yaratmağa hazırlaşır

"Amazon" peyk üzərindən internetə çıxış üçün sistem yaratmağa hazırlaşır
01:32 7 Aprel 2019
Ölkə mətbuatı
A- A+

"Amazon" şirkəti ucqar regionlarda yaşayan istifadəçilərin peyk üzərindən internetə çıxışı üçün öz sistemini yaratmağa hazırlaşır. Bu haqda "GeekWire" nəşri məlumat verib. Jurnalistlər aydınlaşdırıblar ki, ABŞ Federal Rabitə Komissiyası "Amazon"a məxsus "Kuiper Systems LLC" şirkətinin maraqları naminə radiotezlik və orbitlərdən istifadə üçün Beynəlxalq Telekommunikasiya İttifaqına 3 ərizə təqdim edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sənədlərə görə, sistem müxtəlif orbitlər üzərində yerləşən 3236 aparatdan ibarət olacaq.

"Amazon"un nümayəndələri "GeekWire" nəşrinə bildiriblər ki, "Kuiper" şirkətin layihəsidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/744775.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR