Donald Tramp demokratları yalançı adlandırıb

Donald Tramp demokratları yalançı adlandırıb
05:27 7 Aprel 2019
101 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp siyasi rəqibləri olan Demokratlar Partiyasının üzvlərinin ünvanına növbəti dəfə tənqidi fikirlər səsləndirib.
"Report" xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Məlumata görə, ABŞ prezidenti bildirib ki, demokratlar Rusiyayla sövdələşmədə sübutlara malik olmadan onu ittiham edərək, "böyük yalan"a gediblər".
"Bütün bunlar böyük yalandır və demokratlar təkid etməyə davam edirlər, çünki onlar çox pis işlədilər", - deyə o bildirib.
Daha əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının Gəlirlər və Xərclər üzrə komitə sədri Riçard Nil rəsmi şəkildə Birləşmiş Ştatların prezidenti Donald Trampdan altı illik vergi bəyannamələrini tələb edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/donald-tramp-demokratlari-yalanci-adlandirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR